Bank Of Baku

Luvr muzeyində Qara Qarayevin 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Luvr muzeyində Qara Qarayevin 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək
# 01 fevral 2008 14:28 (UTC +04:00)
Yanvarın 31-də Paris şəhərində Avropa Şurasının Mədəniyyət Komitəsi Bürosunun fövqəladə iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, iclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. İclas zamanı Azərbaycanın təklifi ilə cari ilin 1-2 oktyabr tarixlərində Bakıda Avropa mədəniyyət nazirlərinin konfransının təşkili məsələsi müzakirə olunub. Səfər zamanı S. Məmmədəliyeva Luvr muzeyinin direktoru ilə də görüşüb. Görüşdə muzey işi sahəsində mütəxəssis mübadiləsi və qarşılıqlı sərgilərin təşkili müzakirə olunub və Luvr muzeyində Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 90 illik yubileyinə həsr olunmuş konsertin keçirilməsi barədə razılıq əldə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR