Bank Of Baku

Əslən Azərbaycandan olan İsrailli aşpaz Bakıya gələcək

Əslən Azərbaycandan olan İsrailli aşpaz Bakıya gələcək
# 07 fevral 2008 12:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova APA. İsrailli aşpaz Yan Qitzelter 2008-ci il fevralın 9-12 aralığında Bakıda səfərdə olacaq. Bu barədə APA-ya İsrail Səfirliyinin Media və İctimaiyytələ Əlaqələr Departamentindən məlumat verilib. Üç günlük səfər zamanı cənab Gitzelter telekanallardan birində yayımlanacaq verilişdə kulinarıya bacarıqlarını sərgiləyəcək, Ərzaq Texnikumunda xüsusi klass prezentasiya ilə çıxış edəcək və İsrail Səfirliyinin qonaqlarına İsrail mətbəxinin bəzi sirlərini nümayiş etdirəcək. Qeyd edək ki, Yan Qitzelter 1967-ci ildə Bakıda doğulub və 1990-cı ildən İsraildə yaşayır. O, İsrailin “Bişulim” kulinariya məktəbini fərqlənmə ilə bitirib və 10 ildən artıq bir vaxtda İsrail və xarici ölkələrdə çalışıb. Qitzelter Aralıq dənizi və yeni İsrail mətbəxi üzrə ixtisaslaşıb. Yan Qitzelter İsrailin “İsrail Plyus” televiziya şəbəkəsinin “Novıy Den” proqramında tamaşaçılarla öz kulinar təcrübəsini bölüşür. O, həmçinin İsrailin ərzaq xidməti iə məşğul olan aparıcı “Food Art” şirkətinin baş aşpazıdır. Yanın “Kulinar” jurnalında xüsusi bölməsi də var və o, “İnter Chef” treyninq proqramının baş instruktorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR