Bank Of Baku

Azərbaycan müəlliflik hüququnun qorunması ilə bağlı konvensiyaların hamısına qoşulub

Azərbaycan müəlliflik hüququnun qorunması ilə bağlı konvensiyaların hamısına qoşulub
# 11 fevral 2008 10:54 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Azərbaycan müəlliflik hüququnun qorunması ilə bağlı konvensiyaların hamısına qoşulub. Hazırda Dünya Əqli Mülkiyyət Təşkilatının folklorun qorunması haqqında layihəsi üzv dövlətlər tərəfindən geniş müzakirə olunur. Layihə təsdiqlənən kimi, bu sazişə də qoşulacağıq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Müəllif Hüquqları Agentliyinin informasiya sektorunun rəhbəri Anar Hüseynov deyib. A. Hüseynov əqli mülkiyyətin müəlliflik hüququna dair ödənişli konvensiyaların olmadığını söyləyib: “Azərbaycan 1998-ci ildə ədəbi və bədii əsərlərin qorunması haqqında Bern, 2001-ci ildə fonoqram istehsalçılarının mənafelərinin, onların fonoqramlarının qanunsuz təkrar istehsaldan qorunması haqqında Cenevrə, 2005-ci ildə ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında Roma konvensiyalarına və Dünya Əqli Mülkiyyət Təşkilatının fonoqramlara dair Müqaviləsinə qoşulub”. A. Hüseynov əqli mülkiyyətin ticari aspektləri haqqında TRİPS sazişinə qoşulmağa hazırlaşdıqlarını da açıqlayıb: “Bu sazişə yalnız Dünya Ticarət Təşkilatına üzv olan ölkələr qoşula bilər. Bizim də bu təşkilata üzvlüyümüz gündəmdədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR