Bank Of Baku

Əbülfəs Qarayev: “Aşıq sənəti UNESCO-nun ya mühafizəyə ehtiyacı olan, ya da nümunəvi sənət siyahısına daxil ediləcək”

Əbülfəs Qarayev: “Aşıq sənəti UNESCO-nun ya mühafizəyə ehtiyacı olan, ya da nümunəvi sənət siyahısına daxil ediləcək”
# 12 fevral 2008 14:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova APA. “Aşıq sənətinin UNESCO-nun mədəni irs siyahısına salınması üçün işlər görülür. Yaxın vaxtlarda çox qədim tarixə malik aşıq sənəti ya mühafizəyə ehtiyacı olan, ya da nümunəvi sənət siyahısına daxil ediləcək”. APA-nın xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Muzey Mərkəzində “Azərbaycan aşıq sənəti: müasir durumu və inkişaf perspektivləri” mövzusunda keçirilən dəyirmi masada çıxışında deyib. Nazir aşıq sənətinin qorunmasının vacibliyini vurğulayıb: “Heç kəs bizim mədəniyyətimizi, musiqimizi və aşıq sənətimizi mənimsəyə bilməz. Aşıq sənəti məhz Azərbaycanın adı ilə bağlıdır və bunu bütün dünya bilməlidir”. Azərbaycan aşıqlarının 1928-ci ildə keçirilmiş I qurultayının 80 illiyinə həsr olunmuş tədbirdə UNESCO-nun nümayəndəsi Devid Ştel və eksperti Jan Dürinq də iştirak edib. D. Ştel keçirilən tədbiri yüksək qiymətləndirib: “Aşıq sənəti çox güclü sənətdir. İnanıram ki, yaxın müddətdə aşıq sənətinin UNESCO-nun mədəni irs siyahısına salınması məsələsi həll olunacaq və bu dəyərli sənət dünyada tanınacaq”. Azərbaycan Milli Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı isə çıxışında Aşıq Ensiklopediyasının hazırlanması təklifini irəli sürüb. Tədbir aşıqların konsert proqramı ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR