Bank Of Baku

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Goranboyda səyyar kollegiya iclası keçirib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Goranboyda səyyar kollegiya iclası keçirib
# 22 fevral 2008 16:44 (UTC +04:00)
Goranboy. Teymur Quliyev APA. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu gün Goranboyda 7 rayonun mədəniyyət və turizm şöbələri rəhbərlərinin iştirakı ilə səyyar kollegiya iclası keçirib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, iclasda Goranboy, Ağcabədi, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Naftalan rayon və şəhər icra hakimiyyətlərinin başçıları da iştirak ediblər. Toplantıda adları çəkilən rayonlarda mədəniyyət obyektlərinin vəziyyətini əks etdirən qısametrajlı film nümayiş olunub. Ə. Qarayev bildirib ki, nazirliyin mütəxəssisləri tərəfindən bölgələrdə yoxlamalar zamanı bu filmin çəkilməsinə zərurət yaranıb. Belə ki, vəziyyətlə daha yaxından tanış olmaq üçün nazirlik əməkdaşları mədəniyyət obyektlərində rastlaşdıqları bütün çatışmazlıqları lentə alıblar. Ən acınacaqlı vəziyyətə kitabxanalarda rast gəlinib. Məlum olub ki, yerli kitabxanalar dövri mətbuat nümunələrini almır. Eyni zamanda Azərbaycan prezidentinin ölkə kitabxanalarına hədiyyəsi olan kitablardan başqa, kitabxanalara əlavə kitab daxil olmur. Turizm sahəsində görülən işlərə də toxunan Ə. Qarayev hazırda bölgənin turizm potensialının dərindən araşdırıldığını söyləyib. Onun sözlərinə görə, yaxın gələcəkdə yerlərdə bu sahənin inkişafına xüsusi diqqət ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR