Bank Of Baku

Əbülfəs Qarayev Böyük Britaniyada səfərdə olub

Əbülfəs Qarayev Böyük Britaniyada səfərdə olub
# 03 mart 2008 14:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Fevralın 23-28-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniya Birləşmiş Krallığı Xarici İşlər Nazirliyinin dəvəti ilə bu ölkədə səfərdə olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, səfər çərçivəsində Ə. Qarayev Birləşmiş Krallığın müxtəlif nazirlik və dövlət idarələrində, muzeylərində, elmi institutlarında, şirkətlərində görüşlər keçirib. Görüşlərdə iki dövlət arasında mədəniyyət və turizm sahələrində qarşılıqlı münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə müzakirələr aparılıb. Bütün görüşlərdə nazir son vaxtlar Böyük Britaniyanın bəzi turizm agentlikləri tərəfindən Dağlıq Qarabağa səfərlərin təşkil olunması haqqında elanların verilməsinin yolverilməz olduğunu bəyan edib. O, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, ermənilər tərəfindən işğal olunaraq nəzarətsiz bir əraziyə çevrildiyini müvafiq təşkilatların diqqətinə çatdırıb. Britaniyalılar məsələni diqqətdə saxlayacaqlarını və bu halın bir daha təkrarlanmaması üçün lazımi tədbirlər görəcəklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR