Bank Of Baku

Xocalı faciəsinin ildönümündə İsraildə konsert verən sənətçilər bundan sonra dövlət tədbirlərinə buraxılmayacaqlar

Xocalı faciəsinin ildönümündə İsraildə konsert verən sənətçilər bundan sonra dövlət tədbirlərinə buraxılmayacaqlar
# 05 mart 2008 10:32 (UTC +04:00)
Şöbə müdiri bildirib ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin rəsmi mövqeyidir: “Adı çəkilən müğənnilərin heç biri Mədəniyyət və Turizm Nazirliyinin müəssisələrində çalışmırlar və səfərə də dövlət xətti ilə getməyiblər. Məlum faktdan çox təəssüflənirik və onların bu hərəkətini millətin faciəsinə, tarixinə yad münasibət kimi dəyərləndiririk”. Ə. Lalayev deyib ki, fevralın 26-da belə bir konsert keçiriləcəyi ilə bağlı məlumat aldıqdan sonra Ruhəngiz Allahverdiyeva ilə danışaraq bu günlərdə əyləncə xarakterli tədbirlərdə musiqi ifalarının yolverilməz və millətə hörmətsizlik olduğunu onun nəzərinə çatdırıb: “Mən bununla bağlı cavanlarla da əlaqə saxlaya bilərdim, ancaq etmədim. Çünki onların yanında Azərbaycanın əməkdar artisti, Azərbaycan anası və xanımı Ruhəngiz Allahverdiyeva var idi. Onları bu addımı atmaqdan çəkindirməyə cəhd etdim. Ən maraqlısı isə odur ki, Ruhəngiz xanım cavabında belə bir şeyin olmayacağını bildirdi. Lakin gördüyünüz kimi, onlar bunun əksini edərək, öz maraqlarını milli-mənəvi maraqlardan üstün tutdular. İctimaiyyətin hissləri ilə oynayan müğənnilər dövlətimizin mədəniyyət siyasətinə, onun yazılmış və yazılmamış qanunlarına da hörmətsizlik nümayiş etdirdilər. Odur ki, adı çəkilən sənətçilər xalq qınağı ilə üz-üzə qalıblar”. Şöbə müdiri onu da əlavə edib ki, nazirliyin xətti ilə keçirilən digər konsert proqramlarına da bu şəxslərin adları daxil edilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR