Azərbaycan Dövlət Pedaqoji Universitetində Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək

Azərbaycan Dövlət Pedaqoji Universitetində Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək
# 15 mart 2008 09:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Pedaqoji Universitetində Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Tədbirdə Firuz Səxavət, Yaqub Zurufçu və Baloğlan Əşrəfov konsert proqramı ilə çıxış edəcəklər. Y. Zurufçu APA-ya bildirib ki, konsert proqramında o, sözləri Şəhriyara, musiqisi isə özünə məxsus olan altı mahnı ifa edəcək: “Həmin mahnılar Şəhriyarın “Heydərbabaya salam”, “Üns və cin”, “Sevgilim” və digər şeirlərinə yazılıb. Bu mahnıları məxsusi olaraq Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi münasibəti ilə hazırlamışam”. Yaqub Zurufçu bildirib ki, yaxın vaxtlarda həmin mahnılardan ibarət disk hazırlayacaq. Bundan başqa müğənni sözləri Cabir Novruza, musiqisi isə iranlı bəstəkar Rizə Rəzəviyə məxsus olan “Ay sevgilim” mahnısına klip çəkdirdiyini də bildirib. Rejissor Elnar Haşımovun quruluşunda hazırlanan klipin çəkilişləri Bakıda aparılıb. Yaqub Zurufçu yaxın günlərdə yeni klipin ekranlarda nümayiş olunacağını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR