İordaniya mədəniyyət nazirinin Azərbaycana səfəri təxirə salınıb

İordaniya mədəniyyət nazirinin Azərbaycana səfəri təxirə salınıb
# 18 mart 2008 12:42 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. İordaniyanın mədəniyyət naziri Nensi Bakirin aprelin 2-də Azərbaycana nəzərdə tutulan səfəri bir necə ay müddətinə təxirə salınıb. Bu barədə APA-ya Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan və İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 15 illiyi çərçivəsində İordaniya Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 23-də Azərbaycan rəssamı Əşrəf Heybətovun 100-dən artıq rəsm əsəri sərgilənəcək. Sərgidə İordaniyadakı diplomatik nümayəndəliklərin və yerli ictimaiyyətin nümayəndələri iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR