Azərbaycanda çap olunan kitab və elektron vəsaitlər Rusiya kitabxanasına göndərilib

Azərbaycanda çap olunan kitab və elektron vəsaitlər Rusiya kitabxanasına göndərilib
# 11 aprel 2008 15:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanda çap olunan kitab və elektron vəsaitlərdən ibarət kolleksiya Rusiyanın Kalininqrad vilayətinin Universal Elmi Kitabxanasına göndərilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Kolleksiyaya dövlət başçısının 12 yanvar 2004-cü il tarixli sərəncamı əsasında nəşr olunmuş kitablar daxil edilib. Kolleksiya Kalininqrad vilayətinin Universal Elmi Kitabxanasında yaradılmış “Azərbaycan guşəsi”ndə nümayiş etdiriləcək.
Qeyd edək ki, bu layihə Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət və Kinematoqrafiya üzrə Federal Agentliyi (“Roskultura”) arasında imzalanmış “Mədəniyyət sahəsində 2007-2008-ci illər üzrə mübadilə Proqramı”na əsasən həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR