Azərbaycan Müəllif Hüquqları Agentliyi: Avropa İnsan Haqları Məhkəməsinə müraciətimiz üçün hüquqi mexanizm yoxdur
16 may 2008 14:57 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Azərbaycan mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsi faktlarına dair son instansiya olaraq yalnız Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərik. Amma bu məhkəməyə müraciətimiz üçün hüquqi mexanizm yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənli deyib. O bildirib ki, Avropa İnsan Haqları Məhkəməsində indiyədək müəlliflik hüququ ilə bağlı heç bir məsələyə baxılmayıb: “Bir neçə instansiyadan keçəndən sonra bu məhkəməyə müraciət mümkündür. Biz isə tələb edilən əvvəlki instansiyaya yəni Azərbaycan müəlliflərinin hüquqlarını pozan tərəf olan Ermənistana müraciət edə bilmirik”. X. Həsənli hesab edir ki, Azərbaycanın mədəni irsinin qorunması ilə bağlı kompleks tədbirlər işlənib hazırlanmalıdır: “Azərbaycan mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün təbliğat işini gücləndirmək və mədəni irsin qeydiyyata alınmasını təmin etmək lazımdır. Bu gün görə biləcəyimiz ən yaxşı iş budur. Son altı ayda ermənilər tərəfindən mənimsəmə faktları qeydə alınmasa da, müxtəlif dillərdə sürətli təbliğat aparılmalıdır. Analoji məsələlərin digər ölkələrlə hüquqi müstəvidə həlli baş tutsa da, Ermənistana qarşı hər hansı tədbir görülməsinə nail ola bilmirik”.
Mədəniyyət siyasəti
Rəqəmsal yaradıcı həftəsonu elan olunur
15:30
30 may 2024
Əməkdar artist Elşən Rüstəmov: “İtkin gəlin”dəki rolumdan sonra mənə deyirdilər, gəl toyumuzda tamada ol - MÜSAHİBƏ
13:42
30 may 2024
Azərbaycan Milli Xalça Muzeyinə direktor təyin olunub
12:05
30 may 2024
Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub
11:54
30 may 2024