TÜRKSOY-un sabah keçirilən toplantısında Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş məruzə dinləniləcək

TÜRKSOY-un sabah keçirilən toplantısında Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş məruzə dinləniləcək
# 26 may 2008 12:58 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. TÜRKSOY-un sabah Türkiyədə keçiriləcək 24-cü toplantısında Şərqdə ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuş geniş məruzə dinləniləcək. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir deyib ki, sabah Ankaranın mərkəzi meydanlarında Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş müxtəlif konsert proqramları da təşkil olunacaq.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Mədəniyyət və Sənət Ortaq Birliyi TÜRKSOY 1993-cü ildə yaradılıb. Təşkilata Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan daxildir. Bundan başqa, Şimali Kipr Türk Cümhuriyyəti, Altay, Başqırdıstan, Xakasiya, Yakutiya, Tatarıstan, Tuva və Qaqauz Yeri Muxtar qurumları təşkilatda müşahidəçi statusunda təmsil olunurlar. Rəsmi dili türkcə olan qurumun qərargahı Ankarada yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR