Heydər Əliyev Sarayının direktorunun birinci müavini işdən çıxıb

Heydər Əliyev Sarayının direktorunun birinci müavini işdən çıxıb
# 02 dekabr 2023 17:45 (UTC +04:00)

Heydər Əliyev Sarayının direktorunun birinci müavini Faiq Mirzəyev işdən çıxıb.

APA xəbər verir ki, o bu barədə özünün sosial media hesabında yazıb.

“Hər bir işin sonu olduğu kimi mənim də Heydər Əliyev Sarayındaki 3 illik fəaliyyətim sona çatdı”, - o qeyd edib.

Faiq Mirzəyev həm sabiq nazir Anar Kərimova, həm də mədəniyyət naziri Adil Kərimliyə təşəkkürlərini ifadə edib.

Məlumat üçün qeyd edək ki, Faiq Mirzəyev 2021-ci ildə Heydər Əliyev Sarayının direktor müavini, 2022-ci ildə isə direktorun birinci müavini təyin olunub.

Mədəniyyət Nazirliyi faktı APA-ya təsdiq edib. Qeyd olunub ki, o, öz ərizəsi ilə işdən çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR