Bank Of Baku

Bəzi millət vəkilləri türk seriallarının dublyaj olunmasının əleyhinədir

Bəzi millət vəkilləri türk seriallarının dublyaj olunmasının əleyhinədir
# 03 fevral 2009 14:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bəzi millət vəkilləri həmkarları Siyavuş Novruzovun türk seriallarının dublyaj olunmasının əleyhinə səsləndirdiyi fikirləri dəstəklədiklərini bəyan edib. Millət vəkili Məlahət İbrahimqızı APA-ya açıqlamasında türkcə efirə gedən veriliş və filmlərin tərcüməsinin tələb edilməsini düzgün saymadığını deyib. Onun sözlərinə görə, ortaq türkcənin yaradılması ideyasının irəli sürüldüyü, türk dünyası ilə əlaqələrin inkişaf etdirildiyini bir vaxtda Milli Teleradio Şurasının belə bir qadağa tətbiq etməsi anlaşılmazdır: “Digər tərəfdən, biz hamımız türkük. Televiziyaların türk dilində yayımladığı serialları da çox yaxşı başa düşürük. Heydər Əliyevin “bir millət iki dövlət” prinsipini yaşatmaq lazımdır. Bu gün nə Azərbaycan prezidenti Türkiyəyə gedəndə, nə də Türkiyə rəhbərləri Bakıya gələndə keçirdikləri görüşlərdə tərcüməçidən istifadə edirlər. Onlar eyni dildə danışdıqlarından bir-birini çox yaxşı başa düşürlər”.

Daha bir deputat Gültəkin Hacıbəyli isə APA-ya açıqlamasını Mirzə Ələkbər Sabirin yazdığı şeirdən gətirdiyi sitatla başlayıb:

Osmanlıcadan tərcümə türkə, bunu bilməm,
Gerçək yazıyor gəncəli yainki hənəkdir,
Mümkün iki dil bir-birinə tərcümə amma,
Osmanlıcadan tərcümə türkə, nə deməkdir?

G. Hacıbəyli bu gün Azərbaycanda insanların böyük bir hissəsinin onsuz da peyk və kabel televiziyaları vasitəsi ilə əcnəbi kanallara baxdığını deyib: “Bu cür qadağalar insanları yerli televiziyalara baxmaqdan uzaqlaşdıra bilər. Bir millətin iki dövlət ola bilər, amma bir millətin iki dilinin olması absurddur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR