APA Daxili Qoşunların 15 illiyi münasibətlə elan edilmiş müsabiqənin qalibi olub

APA Daxili Qoşunların 15 illiyi münasibətlə elan edilmiş müsabiqənin qalibi olub
# 29 mart 2007 14:10 (UTC +04:00)
APA-nın məlumatına görə, Daxili Qoşunların (DQ) Baş İdarəsində keçirilən tədbirdə çıxış edən DQ komandanı, general-leytenant Zakir Həsənov bildirib ki, rəhbərlik etdiyi qurum mətbuatla əlaqəyə böyük önəm verir: “Biz mətbuatla əlaqələri daha da genişləndirməyi planlaşdırırıq. İstəyirik ki, jurnalistlər əsgərlərimizin xidməti döyüş fəaliyyəti ilə tanış olsunlar və bu proses davamlı inkişaf etsin”.
Z. Həsənov, həmçinin, əlavə edib ki, KİV-lə əlaqələr qoşunların xidməti döyüş fəaliyyətinin daha da yüksəlməsinə şərait yaradır, ordu-cəmiyyət əlaqələrinin güclənməsinə, orduya etibarın artmasına təkan verir.
Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib. Müsabiqədə ayrı-ayrı nominasiyalar üzrə qalib olmuş APA-nın, AzTV-nin və “Ayna-Zerkalo” qəzetinin əməkdaşları pul mükafatı, “Samanyolu” televiziyasının Bakıdakı nümayəndəsi, ATV-nin və AzTV-nin əməkdaşları Daxili Qoşunların “15 illiyi yubiley döş nişanı”, Daxili Qoşunların xidməti döyüş fəaliyyətini müntəzəm olaraq işıqlandırdığına görə, APA İnformasiya Agentliyi “Ayna-Zerkalo” qəzeti, və ATV fəxri fərmanla təltif olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR