Azərbaycanda media sahəsində informasiya bankı yaradılır
29 mart 2007 14:22 (UTC +04:00)
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycanda media sahəsində informasiya bankı yaradır. Təşkilatın sədri Müşfiq Ələsgərli APA-ya açıqlamasında bildirib ki, proqramın məqsədi Azərbaycan oxucusuna ölkədə və dünyada media sahəsində cərəyan edən proseslər, baş verən hadisələr və yeniliklər barədə dolğun, obyektiv informasiya vermək, eyni zamanda Azərbaycan mediasının mövcud durumu, problemləri və uğurları barədə informasiyaları beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Proqramın ilk mərhələsi JuHİ-nin internet səhifəsinin yenidən qurulması ilə başlayacaq. Sayt (www.JUHIaz.org) həm Azərbaycan, həm də ingilis dilində fəaliyyət göstərəcək, müntəzəm yenilənəcək. Saytda Azərbaycan və qabaqcıl dünya ölkələrinin mediasının vəziyyəti, problemləri, yenilikləri barədə operativ informasiyalar yer alacaq, Azərbaycan mediasının durumu barədə rəylər, şərhlər, mövqelər təqdim olunacaq, dünyanın qabaqcıl ölkələrinin mediası ilə müqayisəli təhlillər veriləcək. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024