Mikloş Haraşti “ATƏT regionunda kütləvi informasiya vasitələrinin qeydiyyatı: müşahidələr və tövsiyyələr” hesabatını açıqlayıb

Mikloş Haraşti “ATƏT regionunda kütləvi informasiya vasitələrinin qeydiyyatı: müşahidələr və tövsiyyələr” hesabatını açıqlayıb
# 30 mart 2007 11:12 (UTC +04:00)
ATƏT-in söz və mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti “ATƏT regionunda kütləvi informasiya vasitələrinin qeydiyyatı: müşahidələr və tövsiyyələr” adlı ikinci xüsusi hesabatını açıqlayıb. ATƏT-in Vyanadakı mərkəzi ofisindən APA-ya verilən məlumata görə, hesabat ATƏT Daimi Komitəsinin iclasına təqdim olunub. Haraşti öz hesabatında ATƏT-ə üzv dövlətlərdə kütləvi informasiya vasitələrinin qeydiyyatı prosedurasının son dərəcə sadələşdirilməli olduğun deyib. “”Dövlətin kütləvi informasiya vasitələrinin yaradılmasına qərar verməsinə yönəlik istənilən proseduralar ləğv edilməlidir”. Hesabatda bəzi dövlətlərin qeydiyyat məsələsindən müstəqil kütləvi informasiya vasitələrini nəzarətdə saxlamaq üçün istifadə olunduğu faktları öz əksini tapıb. Müəllif hazırladığı sənəddə “məlumatlandırmaq”, “qeydiyyat”, “lisenziyalaşdırma” anlayışlarının dəqiq izahını verib. Hesabatda Azərbaycanla bağlı məqamlar da öz əksini tapıb, Mikloş Haraşti ölkəmizdə bu sahədə müsbət məqamlardan biri kim KİV təsis olunması prosedurunun sadələşdirildiyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR