Gəncədə “Gəncliyin səsi” adlı qəzet çıxacaq

Gəncədə “Gəncliyin səsi” adlı qəzet çıxacaq
# 30 mart 2007 12:01 (UTC +04:00)
Gəncə Gənclər və İdman İdarəsi yeni qəzet təsis etməyi planlaşdırır. Bu barədə APA-nın qərb bürosuna idarənin rəisi Möhsün Hüseynov məlumat verib. Onun sözlərinə görə, yeni mətbu orqanın adı “Gəncliyin səsi” olacaq. Qəzet Gəncə gənclərinin həyatını, onların müvəffəqiyyət və nailiyyətlərini, həmçinin qarşılaşdıqları problemləri işıqlandırmaqla yanaşı, ölkə başçısı İlham Əliyevin dəstəklədiyi gənclər siyasətini təbliğ etməkdən ibarət olacaq. M. Hüseynov onu da əlavə edib ki, qəzet ayda bir dəfə olmaqla nəfis tərtibatda işıq üzü görəcək: “Hələlik qəzetin təsis edilməsi və Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi prosesi gedir. Ümidvaram ki, yaxın vaxtlarda bütün məsələlər öz həllini tapacaq və Gəncə gənclərinin öz qəzeti olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR