Bank Of Baku

Ombudsman Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistləri təbrik edib

Ombudsman Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistləri təbrik edib
# 02 may 2007 15:58 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə media nümayəndələrinə təbrik məktubu göndərib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, media nümayəndələrini Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə təbrik edən ombudsman müasir dövrdə KİV-in qarşısında yeni vəzifələr durduğunu bəyan edib: “Ölkə vətəndaşlarının informasiyaya olan tələbatında köklü dəyişikliklərin, ciddi fərqlərin müşahidə olunduğu göz önündədir. İndi vətəndaşlar əvvəlki illərlə müqayisədə informasiya mühitinin şəffaflığının təmin edilməsində daha maraqlı görünürlər. Bu gün vətəndaş cəmiyyətinin bərqərar olmasına xidmət edən yazılara, real gerçəkliyi əks etdirən sözə, tarazlaşdırılmış informasiyaya böyük ehtiyac var və cəmiyyət mətbuatdan, bütün KİV-dən daha çox obyektivlik, peşəkarlıq, aktual problemlərə diqqət yetirilməsini gözləyir”. KİV-lə əlaqələrini fəaliyyətinin mühüm istiqamətlərindən sayan E. Süleymanova bildirib ki, bu çərçivədə jurnalistlərin hüquqlarının müdafiəsinə diqqət yetirilir, onlara qarşı zorakılıq kimi neqativ hallar nəzarətdə saxlanır, bu məsələlərin qanun çərçivəsində həlli üçün aidiyyəti orqanlara müraciətlər edilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR