Bank Of Baku

Conatan Henik: “Azərbaycan hakimiyyəti ilə müzakirələrdə mətbuatla bağlı problemlərə yenidən baxılacaq”

Conatan Henik: “Azərbaycan hakimiyyəti ilə müzakirələrdə mətbuatla bağlı problemlərə yenidən baxılacaq”
# 03 may 2007 14:08 (UTC +04:00)
“Azərbaycanda jurnalistlərə qarşı döyülmə halları və məhkəmə davaları hələ də davam edir. Hesab edirəm ki, bu, Azərbaycanda jurnalistlərin normal işləməsinə maneçilik törədir”. APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Conatan Henik deyib. ANS-ə lisenziya verilməsini müsbət addım kimi dəyərlənduirən C. Henik jurnalistika sahəsindəki problemlərinin həllinin vacibliyini vurğulayıb: “Bu məsələdə vətəndaş cəmiyyəti və Mətbuat Şurası vacib rol oynaya bilər”. C. Henik onu da qeyd edib ki, Azərbaycan hakimiyyəti ilə müzakirələrdə mətbuatla bağlı problemlərə yenidən baxılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR