Bank Of Baku

Azərbaycan jurnalistləri 3 May - Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə aksiya keçiriblər

Azərbaycan jurnalistləri 3 May - Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə aksiya keçiriblər
# 03 may 2007 14:50 (UTC +04:00)
APA-nın məlumatına görə, aksiyada “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu çıxış edərək mətbuatın hazırkı vəziyyətindən danışıb. Onun sözlərinə görə, əslində bu gün dünyanın hər yerində bayram kimi qeyd olunur: “Amma Azərbaycanda mətbuatın hazırkı durumu, jurnalistlərə olan təzyiqlər bu günün bayram kimi qeyd olunmasına imkan vermir”. “Gündəlik Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin həbs edildiyini, qəzetin redaktoru Üzeyir Cəfərovun döyüldüyünün bildirən Ş. Xuduoğlu bu cinayətləri törədən şəxslərin tapılması və cəzalandırılmasının vacib olduğunu deyib. Sonda aksiyanın qətnaməsi oxunub. Qətnamədə jurnalistlərin həyatının təhlükədə olduğu bildirilir, təzyiqlərin dayandırılması, Elmar Hüseynovun qatillərinin tapılması, həbsdə olan jurnalistlərin azad edilməsi, qəzetlər üzərində məhkəmə cərimələrinə yenidən baxılması tələb olunur. Aksiyadan sonra jurnalistlər Elmar Hüseynovun və Nəcəf Nəcəfovun məzarlarını ziyarət ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR