Bank Of Baku

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktorunun və köşə yazarlarının elektron poçt ünvanlarına hücum olub

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktorunun və köşə yazarlarının elektron poçt ünvanlarına hücum olub
# 04 may 2007 08:03 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin və qəzetin on köşə yazarının elektron poçt ünvanlarına hücum olub. Azad Reportyorlar Birliyindən APA-ya verilən məlumata görə, özünü “Bacıoğlu” kimi təqdim edən haker bu barədə internetdə məlumat yayıb. O, prosesin davam edəcəyini, yaxın günlərdə Azərbaycan mətbuatına məxsus daha on elektron poçtun sıradan çıxarılacağını bildirib. Haker onu da yazıb ki, elektron poçt ünvanlarındakı informasiyaları açıqlayacaq.
Xatırladaq ki, “Bacıoğlu” imzası erməni saytlarını sıradan çıxaran haker kimi tanınır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR