Bank Of Baku

BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi Ambei Liqabo Azərbaycanda azad mətbuatın durumundan narahatdır

BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi Ambei Liqabo Azərbaycanda azad mətbuatın durumundan narahatdır
# 07 may 2007 10:53 (UTC +04:00)
BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi Ambei Liqabo Azərbaycanda azad mətbuatın durumundan narahat olduğunu bildirib. APA-nın məlumatına görə, A. Liqabo Azərbaycana səfərinin yekunları ilə bağlı BMT-nin Cenevrədəki qərargahında çıxış edərkən bildirib ki, hökumət və dövlət orqanlarının media və beynəlxalq təşkilatlarla dialoqa başladığı bir vaxtda mətbuatın vəziyyətində bir sıra çatışmazlıq var. O, böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan qanunvericiliyin dəyişdirilməsinin vacibliyini vurğulayıb. Ekspert Azərbaycanda apardığı müşahidələrlə bağlı məruzə hazırlayaraq BMT-nin İnsan Haqları Şurasına təqdim edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR