Bank Of Baku

“Reket” jurnalistikası ilə məşğul olan 39 qəzet “Azərbaycan” nəşriyyatından çıxarılıb

“Reket” jurnalistikası ilə məşğul olan 39 qəzet “Azərbaycan” nəşriyyatından çıxarılıb
# 07 may 2007 12:53 (UTC +04:00)
“Reket” jurnalistikası ilə məşğul olan 39 qəzet “Azərbaycan” nəşriyyatından çıxarılıb. Bu barədə APA-ya açıqlamasında nəşriyyatın direktoru Ağabəy Əsgərov məlumat verib. Onun sözlərinə görə, “reket” jurnalistikası ilə məşğul olan və dövriliyi olmayan mətbuat orqanlarının nəşriyyatdan çıxarılması gələcəkdə də davam etdiriləcək. Onun sözlərinə görə, boşaldılan otaqlar aktiv fəaliyyət göstərən mətbuat orqanlarının istifadəsinə verilib. A. Əsgərov deyib ki, bu gün “Azərbaycan” nəşriyyatında 170-ə qədər mətbuat orqanı fəaliyyət göstərir. Mətbuat orqanlarının “Azərbaycan” nəşriyyatına olan borclarından danışan direktor qəzetlərin öz borcunu tədricən ödədiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR