“Çap evi” mətbəəsində baş verən nasazlıq aradan qaldırılır
07 may 2007 13:12 (UTC +04:00)
Dünən “Çap evi” mətbəəsində texniki nasazlıq baş verib və nəticədə “Yeni Müsavat”, “Bakı-Xəbər”, “Milli Yol”, “Vətəndaş Həmrəyliyi”, “Yüksəliş Naminə” qəzetləri bu gün işıq üzü görməyib. “Çap evi”nin təsisçisi Şahbaz Xuduoğlu APA-ya açıqlamasında bildirib ki, mətbəənin elektrik xətlərində gərginliyin artması səbəbindən bəzi avadanlıqlar sıradan çıxıb. Onun sözlərinə görə, gecə saatlarında nasazlığı aradan qaldırmaq mümkün olmadığından qəzetlərin nəşrində problem yaranıb. Ş. Xuduoğlu hazırda bərpa işlərinin görüldüyünü və bu axşam qəzetlərin mətbəədə çap olunacağını deyib. /APA/
Media
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024
Aİ səfiri: Ötən il dünyada 100-dən çox jurnalist öldürülüb, bu, son 10 ildə ən böyük rəqəmdir
14:36
2 may 2024
Qlobal Bakı Forumu çərçivəsində sosial mediaya dair panel keçirilib
10:32
2 may 2024
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib
14:30
1 may 2024