Bank Of Baku

Mikloş Haraşti Rafiq Tağı və Samir Sədaqətoğlunun həbsini pisləyib

Mikloş Haraşti Rafiq Tağı və Samir Sədaqətoğlunun həbsini pisləyib
# 08 may 2007 09:10 (UTC +04:00)
ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və publisist Rafiq Tağının azadlıqdan məhrum edilməsi ilə bağlı xüsusi bəyanat yayıb. ATƏT-in Vyanadakı mərkəzi ofisindən APA-ya daxil olan bəyanatda M. Haraşti məhkəmənin qərarını Azərbaycanın ATƏT qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi kimi dəyərləndirib və hər iki jurnalistin azadlığa buraxılmasını tələb edib. O, iranlı mollaların hər iki jurnalist haqqında ölüm fitvası verdiyini əsas gətirərək, onları qorumağı tövsiyə edib. ATƏT nümayəndəsi bildirib ki, Rafiq Tağı məqaləsi ilə kiminsə xətrinə dəyibsə belə, onu bu şəkildə cəzalandırmaq lazım deyildi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR