Bank Of Baku

Məhkəmə Sərdar Cəlaloğlunun “Milli yol” qəzetinə qarşı iddiasını təmin edib

Məhkəmə Sərdar Cəlaloğlunun “Milli yol” qəzetinə qarşı iddiasını təmin edib
# 08 may 2007 09:41 (UTC +04:00)
Səbayel Rayon məhkəməsi Azərbaycan Demokrat Partiyasının (ADP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlunun “Milli yol” qəzetinə qarşı iddiasını qismən təmin edib. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Məhkəmənin qərarında “Milli Yol” qəzetinin yaydığı informasiya ilə bağlı təkzib verməsi, həmçinin dəymiş mənəvi ziyana görə Sərdar Cəlaloğlu və Qurban Məmmədovun hərəsinə 2000 Azərbaycan manatı məbləğində redaksiya tərəfindən kompensasiya ödənilməsi nəzərdə tutulub. Qeyd edək ki, “Milli yol” qəzetinin 22 fevral 2007-ci il tarixli sayında “Sərdar Cəlaloğlu hakimiyyətdən ilk qonorarını aldı” başlıqlı yazıda partiya liderinin dövlət məmurlarından 300 min dollar pul aldığı iddia olunub. S. Cəlaloğlu bununla şərəf və ləyaqətinin təhqir olunduğunu bildirərək, məhkəməyə müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR