“Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşının həbsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib
29 may 2007 09:47 (UTC +04:00)
“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında irəli sürdüyü iddiaya əsasən 2 il 6 ay müddətinə həbsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin 16 may tarixli hökmündən bu gün apellyasiya şikayəti verilib. Bu barədə APA-ya jurnalistlərin vəkili, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı bildirilib. Onun sözlərinə görə, müdafiə tərəfi Apellyasiya Məhkəməsindən həbsdə olan jurnalistlərə bəraət verilməsini xahiş edib, Yasamal Rayon Məhkəməsinin hökmünün ədalətsiz olduğunu əsaslandırıb. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024