“Gündəlik Azərbaycan” qəzetinin xaricdən sığınacaq istəyən əməkdaşlarının sayı 16-ya çatıb
29 may 2007 14:37 (UTC +04:00)
Fəaliyyətini dayandıran “Gündəlik Azərbaycan” qəzetinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşlarının sayı 16-ya çatıb. Bu barədə APA-ya açıqlamasında məlumat verən qəzetin redaktoru Üzeyir Cəfərovun sözlərinə görə, bu gün qəzetin daha iki əməkdaşı İlhamiyyə Rzayeva və Həmid Herisçi xarici ölkələrdən sığınacaq istəyənlərin sırasına qoşulub. Redaktor deyib ki, bu günə qədər onunla yanaşı, qəzetin əməkdaşlarından Qabil Zimistanoğlu, Azər Hüseynbala, Xalid Kazımlı, Famil Cəfərli, Zamin Hacı, Səlim Əzizoğlu, Natiq Cavadlı, Ceyhun Nağı, Nemət Hüseynli, Elşən Balaxanılı, Samir Kazımlı, Aynur Elgünəş və Kamran Kamiloğlunun çalışdıqları qəzetə qarşı baş verənlərə etiraz əlaməti olaraq ATƏT-in Bakı Ofisinə, BMT-nin Azərbaycan nümayəndəliyinə, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa səfirliklərinə etdikləri müraciətlərə müəyyən reaksiyalar verilib. Belə ki, bu gün ABŞ səfirliyində qəzetin əməkdaşları ilə görüş keçirilib. Jurnalistlər müraciətlərini rəsmi şəkildə səfirliyə təqdim ediblər. “Gündəlik Azərbaycan”ın əməkdaşları eyni zamanda ATƏT-in Bakı Ofisinin və Norveç səfirliyində görüş keçiriblər. Jurnalistlər bu günlərdə Fransa, Böyük Britaniya, Almaniya səfirliklərində də olacaqlar. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024