Türkiyənin Mətbuat Elan Qurumunun baş direktoru Ertan Cillov “İki sahil” qəzetinin redaksiyasında olub
29 may 2007 15:53 (UTC +04:00)
Türkiyənin Mətbuat Elan Qurumunun baş direktoru Ertan Cillov və Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Bülent Uğur “İki sahil” qəzetinin redaksiyasında olublar. APA-nın məlumatına görə, redaksiya ilə tanış olan qonaqlar Azərbaycanda mətbuatın inkişafını yüksək qiymətləndirib və ölkədə qısa müddət ərzində müstəqil mətbuatın formalaşmasını müsbət hal kimi dəyərləndiriblər. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi layihələrdən, xüsusilə mətbuatın inkişafı istiqamətində dövlətin atdığı uğurlu addımlardan danışıb. O, qeyd edib ki, bu gün ölkədə hüquqi, demokratik dövlətin qurulması söz və fikir azadlığının təmin olunması, eləcə də mətbuatın inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Öz növbəsində türkiyəli qonaq Ertan Cillov Azərbaycanda demokratiyanın inkişafı, azad mətbuata olan dövlət qayğısından razı qaldığını və bu sahədə görülən işləri yüksək qiymətləndirdiyini qeyd edib. O, həmçinin ölkədə fəaliyyət göstərən mətbu orqanların sayının çoxluğunu da demokratiyanın əsas göstəricilərindən biri olduğunu vurğulayıb. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024