Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ombudsmanla görüş istəyir
30 may 2007 09:56 (UTC +04:00)
1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ombudsman Elmira Süleymanova ilə görüşmək istəyir. Bu barədə APA-ya jurnalistlərin vəkili, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı məlumat verib. Onun sözlərinə görə, Y. Ağazadə həm bu tələblə, həm də barələrində çıxarılan hökmə etiraz əlaməti olaraq dünən axşamdan aclıq aksiyasına başlayıb. Vəkil bildirib ki, R. Kəbirli də aclığa başlamaq istəyir, amma səhhəti buna imkan vermir: “Rövşən Kəbirli bir dəfə infarkt keçirib, hazırda ürək ağrılarından şikayətlənir. Amma buna baxmayaraq, o da aclığa başlamaq niyyətindədir”.
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. /APA/
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024