Bank Of Baku

“Münaqişələrin qarşısının alınmasında və həllində KİV-in rolu” mövzusunda dəyirmi masa keçirilib

“Münaqişələrin qarşısının alınmasında və həllində KİV-in rolu” mövzusunda dəyirmi masa keçirilib
# 30 may 2007 13:30 (UTC +04:00)
“Koalisiya 1325” və Qadın Problemlərini Tədqiqat Birliyi “Münaqişələrin qarşısının alınmasında və həllində KİV-in rolu” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, “Koalisiya 1325” və Qadın İnstitutunun sədri Sacidə Əbdülvahabova mətbuatda sülh mədəniyyəti prinsiplərindən danışıb. O, xüsusilə Azərbaycan KİV-lərində bu istiqamətin zəif olduğunu qeyd edib. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəsi Envera Selimoviç münaqişələrin gedişində mətbuatın rolunun xüsusi olduğunu diqqətə çatdırıb: “Bu istiqamətdə işləyən jurnalistləri ictimai marağa və sülhə xidmət edən mətbuat nümayəndələri qruplarına bölmək olar. İctimai marağa xidmət edənlər obyektivlikdən kənar informasiyaları yaymağa meylli olsalar da, sülh xəttini tutanlar məlumatın dəqiqliyini yoxlamağa cəhd edirlər”. Müharibə və Sülhün İşıqlandırılması İnstitutunun Azərbaycan əlaqələndiricisi Şahin Rzayev jurnalistlər arasında bu şəkildə təsnifat aparılmasının əleyhinə olduğunu deyib: “Jurnalistikada peşəkarlıq daha önəmlidir. Mətbuat nümayəndəsi aldığı faktı gizlədə bilməz və o, dərhal xalqa çatdırılmalıdır. Jurnalist kor-koranə sülhü təbliğ edə bilməz. Elə şeylər var ki, sülhdən önəmlidir”. Sonra mövzu ətrafında müzakirələr aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR