Bank Of Baku

Şahvələd Çobanoğlu: ““Gündəlik Azərbaycan” qəzetinin nəşrinə qadağa qoyulmayıb”

Şahvələd Çobanoğlu: ““Gündəlik Azərbaycan” qəzetinin nəşrinə qadağa qoyulmayıb”
# 30 may 2007 16:19 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi “Gündəlik Azərbaycan” qəzetinin kompüter prosessorlarını qaytaracağı halda, qəzetin nəşri bərpa olunacaq. Bu barədə APA-ya qəzetin şef-redaktoru Şahvələd Çobanoğlu məlumat verib. Hazırda qəzetin nəşrinin bərpasını mümkünsüz sayan Ş. Çobanoğlu normal şəraitin yaranması üçün müvafiq addımların atılacağını deyib: “İndiki şəraitdə isə heç bir halda qəzeti nəşr edə bilmərik. Həm prosessorlar aparılıb, həm də ofisimizdən çıxarılmışıq. Qəzetimizin nəşrinə hər hansı qadağa qoyulmayıb. Sadəcə işimiz iflic olduğu üçün bu qərarı vermişik”. Ş. Çobanoğlu qəzetin hazırkı imkanları hesabına ofis və prosessorların alınmasını da mümkünsüz sayır. O, qəzetin başqa adla dərc olunmasını da istisna edib. Eynulla Fətullayevin Hüquqlarının Müdafiə Komitəsinin üzvü olan təşkilatların qəzetin nəşri üçün maliyyə yardımı etmələri ilə bağlı təkliflərinə gəldikdə, Ş. Çobanoğlu bildirib ki, həmin qurumların ciddi maliyyə imkanları yoxdur: “Onlar bizim üçün yalnız öz qərargahlarında redaksiya ayrılması məsələsində yardım edə bilərlər. Amma onların texniki imkanları yoxdur. Ona görə də komitə üzvləri bu təklifi yalnız dəstək üçün irəli sürüblər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR