“Təzadlar” qəzeti “Qaçqınkom”a qarşı iddiasını geri götürüb
30 may 2007 16:30 (UTC +04:00)
“Təzadlar” qəzetinin Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması iddiası ilə Yasamal Rayon Məhkəməsinə etdiyi şikayətə baxılıb. “Təzadlar” qəzetindən APA-ya verilən məlumata görə, qəzetin sorğusu Nazirlər Kabinetinin 7 iyun 1993-cü il tarixli 257 saylı qərarına əsasən, “Qaçqınkom” “Xəzri” mehmanxanasında məskunlaşmış məcburi köçkünlərin kommunal xərclərinin mehmanxanaya ödənilməsi ilə bağlı olub. Məcburi köçkünlərin müraciətini nəzərə alan “Təzadlar” qəzeti aprelin 11-də “Qaçqınkom”un sədri Ə. Həsənova rəsmi sorğu göndərib. Sorğuya cavab verilmədiyinə görə redaksiya məhkəməyə müraciət edib. Bu gün keçirilən məhkəmə prosesində “Qaçqınkom”un nümayəndəsi “Təzadlar”ın sorğusunu cavablandırdığı üçün qəzet öz iddiasını geri götürüb. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024