Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda medianın vəziyyətini izləyir

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda medianın vəziyyətini izləyir
# 31 may 2007 13:38 (UTC +04:00)
Azərbaycanda media sahəsində yaranmış vəziyyəti Avropa Şurasının (AŞ) Nazirlər Komitəsi izləyir. APA-nın Strasburqa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bunu azərbaycanlı jurnalistlərlə görüşündə AŞ-ın hüquq və insan haqları üzrə Baş Direktoratının nümayəndəsi Fransisko Klopfer deyib. O, Azərbaycanda media sahəsində baş verənlərlə bağlı baş katib Terri Devisin bəyanatla çıxış etdiyini xatırladıb. Nümayəndə onu da vurğulayıb ki, media ilə bağlı vəziyyət AŞ Parlament Assambleyasının apardığı monitorinqin bir hissəsidir. Xanım Klopferin sözlərinə görə, AŞ mətbuatın durumu ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparır. /APA/.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR