Bank Of Baku

Hollandiyada “Gündəlik Azərbaycan”, “Realnıy Azərbaycan” qəzetlərinə dəstək aksiyası keçiriləcək

Hollandiyada “Gündəlik Azərbaycan”, “Realnıy Azərbaycan” qəzetlərinə dəstək aksiyası keçiriləcək
# 31 may 2007 14:06 (UTC +04:00)
“Gündəlik Azərbaycan” qəzetinin daha iki əməkdaşı xarici ölkələrdən sığınacaq istəyib. Qəzetin redaktoru Üzeyir Cəfərovun APA-ya bildirdiyinə görə, Hüseynbala Səlimov və Rəsul Şükürsoy digər əməkdaşlar kimi çalışdıqları qəzetin üzləşdiyi vəziyyətə etiraz əlaməti olaraq, beynəlxalq təşkilatlara və səfirliklərə müraciət ediblər.
Ü. Cəfərov deyib ki, bununla da xarici ölkələrdən sığınacaq istəyən jurnalistlərin sayı 22-yə çatıb. Onlardan 3-ü “Azadlıq”, 1-i isə “Yüksəliş naminə” qəzetlərinin əməkdaşlarıdır.
Bu gün xarici ölkələrdən sığınacaq istəyən jurnalistlər Almaniya və Fransa səfirliklərində görüşlər keçiriblər. Ü. Cəfərov bildirib ki, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin vəziyyəti ilə bağlı iyunun 6-da Hollandiyada etiraz aksiyası keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR