Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktoru da aclıq aksiyasına başlayıb
01 iyun 2007 14:10 (UTC +04:00)
1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli bu gündən etibarən aclıq aksiyasına başlayıb. “Müxalifət” qəzetindən APA-ya bildirilib ki, R. Kəbirli onunla birgə həbsdə olan və bir neçə gün əvvəldən aclıq edən qəzetin əməkdaşı Yaşar Ağazadənin tələblərini dəstəkləyir. Jurnalistlərin vəkili, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı isə APA-ya açıqlamasında bu gün R. Kəbirli və Y Ağazadə ilə görüşdüyünü, onların həbslərinin qanunsuz olmasına və söz azadlığına qarşı atılan addımlara etiraz etdiklərini deyib. Vəkil bildirib ki, dünən axşam Ombudsman Aparatının nümayəndələri də təcridxanada olub, jurnalistlərlə görüşüblər.
Qeyd edək ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
Qeyd edək ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
Media
Aİ səfiri: Ötən il dünyada 100-dən çox jurnalist öldürülüb, bu, son 10 ildə ən böyük rəqəmdir
14:36
2 may 2024
Qlobal Bakı Forumu çərçivəsində sosial mediaya dair panel keçirilib
10:32
2 may 2024
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib
14:30
1 may 2024
MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradılıb, təyinat olub
10:40
30 aprel 2024