Əlövsət Əliyev: “İndiyə qədər özünü jurnalist kimi təqdim edən 41 Azərbaycan vətəndaşı bəzi Avropa ölkələrindən qaçqın statusu alıb”
01 iyun 2007 15:19 (UTC +04:00)
“İndiyə qədər özünü jurnalist kimi təqdim edən 100-ə yaxın Azərbaycan vətəndaşı Avropanın bəzi ölkələrindən siyasi sığınacaq istəyib. Aparılan dəqiqləşməyə görə, onlardan 41-i qəbul edilib. Lakin onlar həmin ölkələrə qaçqın statusu ilə qəbul ediliblər. Çünki beynəlxalq hüquqda “siyasi sığınacaq” statusu yoxdur”. Miqrantlara Hüquqi Yardım Mərkəzinin sədri Əlövsət Əliyev APA-ya bildirib ki, hazırda səfirliklərdən sığınacaq istəyən jurnalistlər Azərbaycan himayəsində yaşadıqlarından onlar qaçqın sayıla bilməz. Ə. Əliyev qaçqın statusunun öz ölkəsinin himayəsindən istifadə edə bilməyənlərə verildiyini də deyib: “Bu ifadə və ya bu adla başqa ölkəyə qəbul edilmə SSRİ zamanında olub. Buna səbəb o vaxt dünyanın iki qütbə bölünməsi olub. İndi isə heç kəs “siyasi sığınacaq” adı altında qəbul edilmir. Ona uzaqbaşı qaçqın statusu verilə bilər”. /APA/
Media
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib
14:30
1 may 2024
MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradılıb, təyinat olub
10:40
30 aprel 2024
Tanınmış jurnalist Vasif Səmədov vəfat edib
14:29
29 aprel 2024
MEDİA ADA-da “Böhran kommunikasiyası” mövzusunda təlim keçirib
09:56
25 aprel 2024