Xarici ölkələrdən sığınacaq istəyən jurnalistlər hakimiyyət nümayəndələri ilə görüşmək istəyirlər
04 iyun 2007 08:51 (UTC +04:00)
Bu günlərdə fəaliyyətini dayandıran “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşları hakimiyyət nümayəndələri ilə görüşmək istəyirlər. Bu barədə APA-ya məlumat verən “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralovla görüşmək istədiklərini bildirib. O, bu günlərdə müvafiq instansiyalara müraciətlər ünvanlayacaqlarını da deyib: “Ramiz Mehdiyev, Ramil Usubov, Zakir Qaralov bildiriblər ki, xarici ölkələrdən sığınacaq istəmək üçün əsas yoxdur. Biz adı çəkilən rəsmilərlə görüşmək, bu məsələni onlarla müzakirə etmək istəyirik”.
Ü. Cəfərov xarici ölkələrdən sığınacaq istəyən jurnalistlərin müraciətlərini bu gün BMT-nin Azərbaycandakı nümayəndəliyinə təqdim edəcəklərini bildirib. Redaktorun sözlərinə görə, hələ ki, sığınacaqla bağlı müraciət edilən səfirliklərdən və beynəlxalq təşkilatlardan onlara konkret cavab verilməyib. /APA/

Media
Aİ səfiri: Ötən il dünyada 100-dən çox jurnalist öldürülüb, bu, son 10 ildə ən böyük rəqəmdir
14:36
2 may 2024
Qlobal Bakı Forumu çərçivəsində sosial mediaya dair panel keçirilib
10:32
2 may 2024
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib
14:30
1 may 2024
MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradılıb, təyinat olub
10:40
30 aprel 2024