Bank Of Baku

Bir sıra partiyalar jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqdə iştirak etməyə razılıq verib

Bir sıra partiyalar jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqdə iştirak etməyə razılıq verib
# 04 iyun 2007 12:12 (UTC +04:00)
Jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqdə bir sıra partiyalar iştirak edəcəklər. Bu barədə APA-ya “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu məlumat verib. Onun sözlərinə görə, artıq Müsavat, Ümid və “Azadlıq” blokunda təmsil olunan partiyalar aksiyada iştirak etməklə bağlı qərar qəbul ediblər. Ş.Çobanoğlu bu həftə ərzində redaktorların Azərbaycan Demokrat və Açıq Cəmiyyət partiyalarının rəhbərləri ilə görüşlər keçirəcəyini və onların da aksiyaya dəstək verəcəyini bildirib. O, Bakı Şəhər İcra Hakimiyyətinin (ŞİH) aksiya ilə bağlı müraciətə hələlik cavab vermədiyini, amma şəhər rəhbərliyinin müraciətə mənfi cavab verəcəyini güman etmədiyini də bildirib: “Çünki biz aksiyanı şəhər rəhbərliyinin kütləvi tədbirlər üçün ayırdığı yerlərdən birinə təyin etmişik. Ona görə də bizim yürüş-mitinqə icazə verilməməsi üçün heç bir əsas yoxdur”. Qeyd edək ki, aksiya Bakı ŞİH-in kütləvi aksiyalar üçün Nizami rayonu ərazisində ayırdığı yerə təyin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR