Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktorunun səhhətində problem yaranıb

Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktorunun səhhətində problem yaranıb
# 04 iyun 2007 15:02 (UTC +04:00)
1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirlinin səhhətində problemlər var. Bu barədə APA-ya onun vəkili Aslan İsmayılov məlumat verib. Bu gün R. Kəbirli ilə görüşən vəkil baş redaktorun barəsində çıxarılan məhkəmə hökmünə etiraz əlaməti olaraq keçirdiyi aclıq aksiyasını bu gün dayandırdığını bildirib: “Aclıq aksiyası və əvvəllər keçirdiyi infarkt öz təsirini göstərib, onun səhhətində müəyyən problemlər yaranıb. Mən Rövşən Kəbirlidən xahiş etdim ki, bir daha aclıq aksiyası keçirməsin”.
Xatırladaq ki, Rövşən Kəbirli və “Müxalifət” qəzetinin digər əməkdaşı Yaşar Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR