“Gündəlik Azərbaycan” qəzetinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşları Səyavuş Novruzovu məhkəməyə verəcəklər
05 iyun 2007 15:23 (UTC +04:00)
“Gündəlik Azərbaycan” qəzetinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşları Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Səyavuş Novruzovla bağlı Səbayel rayon Məhkəməsinə müraciət edəcəklər. Bu barədə APA-ya açıqlamasında məlumat verən “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərovun sözlərinə görə, S. Novruzov mətbuata açıqlamasında mühacirətə getmək istəyən jurnalistlərin haqqında “qanı qarışıq” ifadəsi işlədib: “Biz irqi, dini ayrı-seçkilik saldığına görə ondan məhkəməyə şikayət edəcəyik”. Redaktorun sözlərinə görə, bu məsələdə jurnalistlərə Azərbaycan Hüquqşünaslar Forumu hüquqi yardım göstərəcək.
S. Novruzov isə APA-ya açıqlamasında məhkəməyə müraciət etməyin hər bir vətəndaşın hüququ olduğunu deyib: “Onların siyasi sığınacaqla bağlı müraciətləri şou, məhkəməyə müraciət isə həmin şounun davamıdır”. /APA/
S. Novruzov isə APA-ya açıqlamasında məhkəməyə müraciət etməyin hər bir vətəndaşın hüququ olduğunu deyib: “Onların siyasi sığınacaqla bağlı müraciətləri şou, məhkəməyə müraciət isə həmin şounun davamıdır”. /APA/
Media
Qlobal Bakı Forumu çərçivəsində sosial mediaya dair panel keçirilib
10:32
2 may 2024
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib
14:30
1 may 2024
MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradılıb, təyinat olub
10:40
30 aprel 2024
Tanınmış jurnalist Vasif Səmədov vəfat edib
14:29
29 aprel 2024