Gəncədə “Media və ictimai əlaqələr” mövzusunda seminar keçiriləcək
07 iyun 2007 13:05 (UTC +04:00)
İyunun 13-14-də Gəncədə “Media və ictimai əlaqələr” mövzusunda seminar keçiriləcək. Qərb bölgəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatları nümayəndələrinin qatılacağı iki günlük treninqin keçirilməsində əsas məqsəd ictimai əlaqə vasitələrinin planlaşdırılması, təşkili və idarəçiliyi işindəki bacarıqlarını təkmilləşdirməkdən ibarətdir. Seminarı “Gələyəyə körpü” gənclər ictimai birliyi təşkil edəcək. Bu barədə APA-nın qərb bürosuna birliyin sədri Müşfiq Cəfərov məlumat verib. Onun sözlərinə görə, ABŞ-ın İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən “Vətəndaş Cəmiyyəti” layihəsi çərçivəsində təşkil olunacaq bu təlimlərdə ictimai əlaqələr şöbəsinin təşkili və onun vəzifələri, mətbuat konfranslarının təşkil edilməsi, mətbuat katibinin vəzifələri, press-relizlərin hazırlanması və yayılması qaydaları və digər bu kimi vacib məsələlər iştirakçılara aşılanacaq. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024