Məhkəmə cəriməsinin hissə-hissə ödənilməsi barədə “Bakı-Xəbər” qəzetinin müraciəti ilə bağlı hazırlıq iclası keçirilib
08 iyun 2007 11:33 (UTC +04:00)
Səbayel Rayon Məhkəməsində hakim Yusif Kərimovun sədrliyi ilə “Bakı-Xəbər” qəzeti rəhbərliyinin qəzetin 4 min AZN məhkəmə cəriməsinin hissə-hissə ödənilməsi barədə etdiyi müraciətlə bağlı hazırlıq iclası keçirilib. Bu barədə APA-ya məlumat verən qəzetin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, növbəti həftə keçiriləcək məhkəmə iclasında hökmün verilməsi gözlənilir. A. Quliyevin sözlərinə görə, məhkəmə borcun hissə-hissə ödənməsi ilə bağlı qərar qəbul edəcəyi halda, qəzetin nəşrini bərpa etmək mümkün olacaq: “Məsələ ilə bağlı biz “Azərbaycan” nəşriyyatının rəhbərliyi ilə danışmışıq. Onlara da 16 min manat borcumuz var. Amma bu borcun tədricən ödənilməsinə razıdırlar. Biz nəşriyyata olan borclarımızla bağlı sənədləri də məhkəməyə təqdim etdik ki, əgər bizim bank hesablarımız açılmasa, o zaman qəzeti nəşr etmək mümkün olmayacaq və məhkəmə cəriməsini də ödəyə bilməyəcəyik”. A. Quliyev qəzet kollektivinin hələlik öz yerində olduğunu və məhkəmənin qərarını gözlədiklərini bildirib. /APA/
Media
MEDİA ADA-da “Böhran kommunikasiyası” mövzusunda təlim keçirib
09:56
25 aprel 2024
MEDİA sosial şəbəkə istifadəçilərinə çağırış edib
17:12
22 aprel 2024
MEDİA: Ermənistan mediasında mənbəyi olmayan məlumatlar yayılır
13:16
20 aprel 2024
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir
13:04
19 aprel 2024