Azərbaycan dövlət radiosunun 100-ə yaxın əməkdaşı işdən çıxarılıb
08 iyun 2007 11:33 (UTC +04:00)
Azərbaycan dövlət radiosunun 100-ə yaxın əməkdaşı işdən çıxarılıb. Bu barədə APA-ya eksklüziv açıqlamasında “Azərbaycan Televiziya və Radio verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) radio üzrə sədr müavini Mövlud Süleymanlı bildirib. Sədr müavini dövlət radiosunda aparılan islahatlarla əlaqədar təqaüd yaşı çatan insanların işdən çıxarıldığını, bu prosesin ilin sonuna qədər davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, təqaüdə göndərilənlər arasında radioda uzun müddət əmək sərf edən Yasin Qaraməmmədli, İlyas Adıgözəlli kimi tanınmış simalar da var. M. Süleymanlı ştatdan çıxarılanların bəzilərinin radio ilə əməkdaşlığının davam etdirildiyini, onların əvvəlki kimi verilişlər səsləndirdiklərini bildirib. Sədr müavini, həmçinin şirkətdə aparılan islahatların ekran və efirdən müsbət mənada hiss edildiyini də bildirib. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024