“Bakı Xəbər”in şikayəti Apellyasiya Məhkəməsinə göndərilib

“Bakı Xəbər” qəzeti rəhbərliyinin Səbayel rayon Məhkəməsinə təqdim etdiyi şikayət Apellyasiya Məhkəməsinə (AM) göndərilib. Qəzetin baş redaktoru Aydın Quliyevin APA-ya verdiyi məlumata görə, iddiaçı Ucar rayon İstehlak Cəmiyyətinin keçmiş sədri Şahlar Ələkbərov rayon məhkəməsinin tərkibinə etiraz edib və bununla bağlı Apellyasiya Məhkəməsinə müraciət ünvanlayıb. Buna görə də Səbayel rayon Məhkəməsi şikayəti Apellyasiya Məhkəməsinə göndərib. A. Quliyev bildirib ki, qısa müddətdə bu instansiya şikayətə baxacaq. Tərkibə hər hansı etiraz olmasa, bu zaman işə rayon məhkəməsində baxılmasına davam ediləcək.
Qeyd edək ki, Ş. Ələkbərovun iddiasına əsasən məhkəmə “Bakı Xəbər” qəzetini 4 min manat məbləğində cərimələyib. Qəzet rəhbərliyi cərimənin hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib. /APA/

Media

“MEDİAlab” layihəsinin hesabat konfransı keçirilib - FOTO

İlbər Ortaylı və Cəlal Şəngör Xəzər Media Mərkəzinin qonağı olublar - FOTO - VİDEO

"ATV Plus"un istifadəsinə ayrılmış radiotezliklərlə bağlı dəyişiklik edilib