Jurnalistlərin yürüş-mitinqlə bağlı müraciəti araşdırılır
19 iyun 2007 14:02 (UTC +04:00)
Jurnalistlərin iyunun 23-də yürüş-mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) etdiyi müraciətə həftənin sonuna kimi cavab veriləcək. BŞİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun APA-ya verdiyi məlumata görə, müraciət quruma daxil olub və hazırda araşdırılır. Aksiyaya icazə verilib-verilməyəcəyi ilə bağlı əvvəlcədən fikir bildirməyən Z. Ramazanov qanuna uyğun olaraq cavab veriləcəyini deyib. O, jurnalistlərin müraciətində aksiyanın “Neftçilər” metro stansiyasının yanından yürüşlə başlaması və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yaxınlığındakı meydanda mitinqlə davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib. Bir qrup jurnalistin və Müsavat Partiyasının BŞİH ilə bağlı Səbayel Rayon Məhkəməsinə müraciətinə gəldikdə, BŞİH təmsilçisi bunun həmin şəxslərin hüququ olduğunu bildirib və onların bu addımına şərh vermək istəmədiyini deyib. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024