Vəkili Eynulla Fətullayevlə görüşüb
20 iyun 2007 09:08 (UTC +04:00)
Vəkil Aydın Nəzərli bu gün Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan“ və ”Realnıy Azərbaycan“ qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. A. Nəzərli APA-ya açıqlamasında bildirib ki, E. Fətullayevin səhhəti normaldır, onun saxlanma şəraiti barədə hər hansı şikayəti yoxdur.
Qeyd edək ki, E. Fətullayev MTN-in İstintaq Təcridxanasında nazirliyin İstintaq Baş İdarəsi tərəfindən bu il mayın 16-da Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə başlanan cinayət işi ilə bağlı saxlanılır. O, bu cinayət işi ilə bağlı bir neçə dəfə şahid qismində dindirilib. /APA/

Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024