Mətbuat Şurası həbsdə olan jurnalistlərlə bağlı ölkə rəhbərliyinə müraciət edə bilər
20 iyun 2007 13:39 (UTC +04:00)
“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru Rövşən Kəbirli və əməkdaşı Yaşar Ağazadənin Hüquqlarını Müdafiə Komitəsi Mətbuat Şurasına müraciət edib. Müraciətdə jurnalistlərin qanunsuz həbs edildiyi bildirilir və Mətbuat Şurasından bu məsələni diqqət mərkəzində saxlaması xahiş olunur. Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya açıqlamasında bildirib ki, qurum həbsdə olan jurnalistlərin məsələsini diqqət mərkəzində saxlayır və bu məsələyə kompleks şəkildə yanaşır. O, qurumda bu mövzuda bir neçə dəfə müzakirələr aparıldığını və məsələyə yenidən qayıdılacağını deyib. Şura sədrinin sözlərinə görə, Milli Mətbuat Günü ərəfəsində məsələ ilə bağlı ölkə rəhbərliyinə, müxtəlif qurumlara müraciətlər ünvanlana bilər. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024