Qırğızıstan jurnalistləri Azərbaycanın təcrübəsindən yararlanmaqla Mətbuat Şurası yaratmağa hazırlaşır
20 iyun 2007 13:59 (UTC +04:00)
Qırğızıstan jurnalistləri yaxın zamanlarda Azərbaycan Mətbuat Şurasının təcrübəsindən yararlanmaqla eyni adlı qurum yaratmağa hazırlaşır. Bu barədə APA-ya Qırğızıstana səfərdən qayıtmış Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O, “KİV-də özünütənzimləmə” mövzusunda Bişkekdə keçirilən konfransa ekspert kimi qatılıb. Toplantıda Qırğızıstan Mətbuat Şurasının yaradılması məqsədilə işçi qrup formalaşdırılıb. İşçi qrup şuranın yaradılmasına hazırlıq işlərini həyata keçirəcək. Tədbirdə yaxın vaxtlarda Qırğızıstan jurnalistlərinin forumunun keçirilməsi və Mətbuat Şurasının təsis olunması qərara alınıb. Foruma Azərbaycandan da ekspertlər dəvət olunacaq. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024